0
Monday 9 March 2009 - 12:11

ZƏQ­QUM nədir?

Zəqqumun acılığının sirləri
Story Code : 1474
Zəq­qum - Cəhənnəm­də bi­tib acı, zə­hər­li mey­və­si Cəhənnəm­lik­lə­rə ye­di­ri­lə­cək ağac­dır. Ərəb di­lin­də "şə­cə­rə­tüz-zak­kum" ("mən­şə­yi zə­hər olan") ad­la­nır.
Qu­ra­ni-Kə­rim zəq­qu­mu ümu­miy­yət­lə "Cəhən-nəm xal­qı­na əziy­yət çək­di­rən ye­mək" ola­raq açıq­la­mış­dır. Hə­dis­lə­rə gö­rə, əgər Cəhənnəm zəq­qu­mun­dan bir dam­la Yer üzü­nə dam­la­dıl­sa, in­san­la­rın hə­ya­tı­nı zə­hər edər.
Qu­ra­ni-Kə­rim­də Al­lah-Tə­a­la zəq­qu­mun adı­nı zikr edə­rək be­lə bu­yu­rur: "On­la­rın ye­mə­yi (zə­hər­dən də acı) zər`idən baş­qa bir şey ol­ma­ya­caq" ("Ğa­şi­yə", 6)
"(Ey in­san­lar!) Qo­naq ol­ma­ğa (zi­ya­fət üçün) bu (Cən­nət) yax­şı­dır, yox­sa (Cəhənnəm­də­ki pis qo­xu­lu, mey­və­si zə­hər ki­mi acı) zəq­qum ağa­cı? Biz onu za­lim­lər (Cəhənnəm is­ti­sin­də heç bir ağac bit­məz de­yən ka­fir­lər) üçün bir bə­la (dərd) et­dik. O, elə bir ağac­dır ki, Cəhənnəmin lap di­bin­dən (Cəhənnəm odu­nu­n için­dən) çı­xar. Onun mey­və­si şey­tan­la­rın ba­şı ki­mi­dir (ol­duq­ca çir­kin və əca­yib­dir). On­lar (Cəhənnəm əh­li) On­dan ye­yə­cək və qa­rın­la­rı­nı onun­la dol­du­ra­caq­lar. Son­ra on­lar üçün (iç­mə­yə) qay­nar su ilə qa­tış­mış irin var­dır" ("Səf­fat", 62-67).
"Hə­qi­qə­tən (Cəhənnəm­də­ki) Zəq­qum ağa­cı gü­nah­kar (ka­fir) kim­sə­nin ye­mə­yi­dir. Bu ərin­miş mis (yağ) ki­mi qa­rın­lar­da qay­nar, qay­nar su qay­na­yan ki­mi" ("Du­xan", 43-46).
"...Şüb­hə­siz ki, zəq­qum ağa­cın­dan (onun mey­və­sin­dən ye­yə­cək­si­niz), qa­rın­la­rı­nı onun­la dol­du­ra­caq­sı­nız, üs­tün­dən də (si­zə bərk yan­ğı gəl­di­yi üçün) qay­nar su içə­cək­si­niz. Özü də onu su­suz­luq xəs­tə­li­yi­nə
tu­tul­muş (də­və) ki­mi içə­cək­si­niz" ("Va­qiə", 52-55).
Bu ağa­ca lə­nət­lik de­yil­mə­si­nin bir baş­qa sə­bə­bi, Cəhənnəm­lik­lə­rin onu Al­lah­dan bir rəh­mət ola­raq de­yil, lə­nət­lən­mə­lə­ri­nin bir sim­vo­lu ola­raq ye­mə­lə­ri­dir. Lə­nət­lə­nən in­san­lar bun­dan ye­mək­lə da­ha çox ağ­rı-acı çə­kə­cək­lər.
Zə­qqum - Xalq di­lin­də "ağu-zə­hər", "zə­hər-zəq­qum" və sa­ir, de­yim­lər­lə gün­də­lik hə­ya­tı­mız­da da is­ti­fa­də olu­na­raq, həm hə­qi­qi, həm də mə­ca­zi mə­na­da öl­dü­rən ye­mək mə­na­sı­nı ifa­də edir. Mə­sə­lən, iç­ki və si­qa­re­tin pis və zə­rər­li tə­si­ri­ni ifa­də et­mək üçün el ara­sın­da "Bu zəq­qum ha­ram­dır, in­sa­na zə­rə­ri var­dır" və sair de­yi­lir.

***

Yer üzün­də də bir ağac var­dır ki, ona da Zəq­qum de­yir­lər.
Zam­baqkimilər (Apocyna­ce­ae) ai­lə­sin­dən olan Zəq­qum (Lat. ne­ri­um ole­an­der), Qərbdə, cə­nu­bi Por­tu­qa­li­ya­dan baş­la­ya­raq bü­tün Ara­lıq də­ni­zi sa­hil­lə­ri bo­yun­ca Su­ri­ya­da, qər­bi və cə­nu­bi Ana­do­lu­nun də­rə ya­taq­la­rın­da ye­ti­şir. Bo­yu 2-3, bə­zən hət­ta 5 m-ə ça­tan, qış­da be­lə yar­paq tök­mə­yən sıx bu­daq­lı bit­ki­dir. Yaz­da çi­çək­lə­nən və uzun bir çi­çək­lən­mə döv­rü­nə sa­hib olan Zəq­qu­mun mey­və­si pax­la şək­lin­də­dir. Zə­hər­li ol­du­ğun­dan in­san və hey­van­lar üçün təh­lü­kə­li­dir, bə­zək bit­ki­si ola­raq sax­sı­lar­da da ye­tiş­di­ri­lir.
La­kin bö­yük Ya­ra­dan heç bir şe­yi mə­na­sız ola­raq ya­rat­ma­mış­dır. Bu bit­ki­ni də aşa­ğı do­za­lar­da ürək qüv­vət­lən­di­ri­ci­si ola­raq is­ti­fa­də edir­lər, bun­dan əla­və, böy­rə­yə xey­ri var.
Related Stories
Comment