0
Thursday 29 March 2012 - 19:44

ABŞ senatorları Suriya qiyamçılarını silahlandırmaq qərarı verdi

Story Code : 149033
ABŞ senatorları Suriya qiyamçılarını silahlandırmaq qərarı verdi
ABŞ senatorları Suriya qiyamçılarını silahlandırmaq qərarı verdi
Islam times.org/az/ - ABŞ senatorları Suriya qiyamçı dəstələrini silahla təmin etmək üçün senatda qərar çıxarıblar.

Çərşənbə günü respublikaçı senator Con Makkeyn və Lindsey Graham, Coe Liberman da daxil olmaqla digər 4 senator Ağ Evi Suriya müxalifətini silah və digər zəruri materiallarla təmin etməsini tələb edən yeni qərar təqdim etdilər.

Senatorlar BMT Ərəb Liqası nümayəndəsi Kofi Annanın təqdim etdiyi 6 bəndlik təklifi təndiq edərək bildiriblər ki, bu təklifdə prezident Bəşər Əsədin hakimiyyə
dən getməsi nəzərdə tutulmayıb.

Senatorlar ABŞ prezidenti Barak Obamanı Suriyadaki hadisələrdə liderliyi öz əlinə almasını səslədilər.

Bazar günü Obama və Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya silahli qruplarına kommunikasiya təchizatları da daxil olmaqla bir çox ləvazimat ilə təchiz etmək qərarına gəliblər.
Çərşənbə axşamı Dəməşq Kofi Annanın Suriyada münaqişəyə son qoyacaq sülh planını qəbul edib.

Annanın təkliflərinə atəşkəsin olması, humanitar yardım nümayəndələrinin ölkəyə girişinə icazə verilməsi və müxalifətlə Dəməşq arasında siyası dialoqun olması nəzərdə tutulur.
2011-ci ilin martından bəri Suriya münaqişə içərisindədir.

Qərb və Suriya müxalifəti Dəməşqi Suriya hadisələrində günahkar bilir, ancaq hökumət isə bildirir ki, Suriyada yaranmış münaqişəyə səbəb xaricdən dəstək alan terrorist qruplarıdır.

Fevralın 20-də Suriya prezidenti bəzi xarici ölkələri Suriya silahlı terrorist qruplarını müdafiə etməkdə ittiham etmişdir.
Source : Islamtimes
Comment