0
Friday 8 June 2012 - 04:14

Putinin Çinə səfəri Qərbə sərf etmədi

Story Code : 169227
Putinin Çinə səfəri Qərbə sərf etmədi
Putinin Çinə səfəri Qərbə sərf etmədi
Qərb ilə münasibətlərin soyuduğu bir vaxtda Putinin Şanxay Əməkdaşlıq Konfransında yenidən İran və Suriyanı müdafiə etməsi və gələcəkdə də adı çəkilən ölkələrə yardımı ilə bağlı etdiyi çıxış Avropanın yaman sarsıdıb. Qərb yeni bir qütb yaranmasından, Rusiya, Çin, İran və bir neçə digər ölkənin birliyindən yaman qorxuya düşüb.

Vladimir Putin sammit çərçivəsində İran prezidenti Mahmud Əhmədinejadla da görüşüb. Prezidentlərin İran nüvə enerjisi istehsalı məsələsini müzakirə etməsi növbəti qıcıq yaradan amillərdən biri olub.

İranla 5+1 arasında mayın sonunda keçirilən Bağdad görüşündəki danışıqların davamı iyunun 18 və 19-da Moskvada keçiriləcək.

Moskva İran məsələsində olduğu kimi, Suriya problemində də mövqeyinin birmənalı olduğunu açıqlayıb. Bu isə İsrailin qatı düşmənlərindən olan hazırkı Suriya hakimiyyətinin aşırdılmasına maneçilik törətdiyindən Qərbi narahat edib.

Rusiya və Çindən başqa digər dövlətlər də, bu iki dövlətə həmrəyliklərini göstərərək Suriya və İrana dəstək olduqlarını sübut etməyə çalışıblar. Bu dövlətlər arasında Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan da yer alıb.

Putinin Şanxay Əməkdaşlıq Sammitində “Mən Suriyaya olan istənilən hərbi müdaxilənin əleyhinəyəm və heç vaxt Qərbin bu fikrinə şərik olmayacam”,-deməsi bir daha Rusiya və Qərbin bu aspektdə razılığa gəlməyəcəklərini sübut etmiş olub.
Related Stories
Comment