0
Saturday 7 July 2012 - 08:48

Bəşər Əsəddən Ərdoğana "tərs şapalaq"

Story Code : 177123
Bəşər Əsəddən Ərdoğana "tərs şapalaq"
Bəşər Əsəddən Ərdoğana "tərs şapalaq"
Suriya lideri bununla bağlı açıqlamasında öncə Türkiyənin hökumət rəhbərinin Mavi Mərmərə olayından sonrakı mövqeyindən söhbət açıb: «Nəyə görə Ərdoğan Mavi Mərmərə insidentindən sonra qışqır-bağır salmaqdan başqa heç nə etmədi? Nəyə görə birinci İsrailə qarşı çıxdı, sonra Amerikanın hava hücumundan müdafiə sistemini ölkəsində yerləşdirdi? O, bunu Türkiyənin milli təhlükəsizliyini hansısa xarici qüvvədən müdafiə etmək üçünmü etdi? Amerikalılar bu bazaları özlərini region ölkələrinin təhlükəsindən qorumaq naminəmi tikirlər? Hansı region ölkəsi Amerikaya qarşı çıxmaq imkanındadır? - Heç biri. Ərdoğan bu bazaların olmasına məhz İsrailin müdafiəsi üçün razılıq verib. Məhz bu Ərdoğanın əsl simasını göstərir».

B. Əsəd əlavə edib ki, ərəblər daha Türkiyənin baş nazirinə inanmırlar. Türkiyə isə birbaşa Suriyanın işlərinə qarışır. Bu, yolverilməzdir. Ankaranın yeritdiyi hazırkı siyasət təkcə Suriya deyil, türk xalqı üçün də olduqca təhlükəlidir. «Ərdoğan birdən-birə Suriya xalqına qarşı sevgi hiss etdi, onun qayğısına qaldı? Nəyə görə o dövlətin tərəfində olan milyonların yox, müxalif silahlıların qayğısına qalmalıdır?.. Öz işləri ilə məşğul olsun. Qonşuları ilə problemlərini növbə ilə yoluna qoysun. Başqasının işinə qarışmasın», - deyə Suriya prezidenti bildirib.

B. Əsəd Kürd Fəhlə Partiyası (PKK) ilə mübarizə məsələsinə də toxunub. O, rəsmi Dəməşqin PKK-ya Ankaraya qarşı mübarizədə dəstək göstərməsi ilə bağlı yayılan informasiyaları qətiyyətlə təkzib edib: «Əgər bunu sübut edən fakt varsa, göstərsinlər. Türkiyə artıq 30 ildir, PKK ilə vuruşur. Mənim nəyimə lazımdır ki, məsələyə girişim?».
Source : XezerXeber
Related Stories
Comment