0
Monday 16 July 2012 - 09:16

İran Hörmüz boğazını bağlayacağı barədə yenidən xəbərdarlıq edib

Story Code : 179463
İran - Hörmüz
İran - Hörmüz
Tehranın nüvə proqramına təzyiqlər artdıqca, İran öz təhlükəsizliyinə təhlükə yaranacağı təqdirdə Hörmüz boğazından neft nəqlinin qarşısını alacaq.

Bunu İranın İslam İnqilabi Keşikçiləri Korpusu (İİKK) Hərbi-Dəniz Qüvvələrinin komandanı Əli Fədavi bəyan edib. O qeyd edib ki, Tehranın beynəlxalq sularda hərbi iştirakı artacaq.

İranın “Fars” xəbər agentliyinin verdiyi xəbərə görə, Fədavi deyib: “Əgər ABŞ beynəlxalq qanunlara və İİKK-nin xəbərdarlıqlarına əməl etməsə, bu onlar üçün çox pis nəticələrə gətirib çıxaracaq".

İran Qərb dövlətlərinin onun xam neft ixracına qoyduqları sanksiyalara cavab olaraq dünyanın dəniz yolu ilə ixrac olunan neftin 40%-nin keçdiyi Hörmüz boğazını bağlayacağı barədə dəfələrlə xəbərdarlıq edib.

Qərb İran nüvə proqramı ABŞ-ın istəyi ilə hərbi xarakterli olduğunu iddia edir və İslam Respublikasına qarşı sanksiyalar tətbiq edir. İran isə bu proqramın dinc niyyətli olduğunu bildirir. /HaqqYolu/
Related Stories
Comment