"IslamTimes" "RussiaToday" kanalına istinadən xəbər verir ki, ABŞ-ın F16 qırıcı təyyarəsi bu gün 23 iyul tarixində Rusiyanın Kuril adalarında qəzaya uğrayıb.
Nəzərinizə çatdıraq ki, qəzaya uğrayan qırıcı son 24 saat ərzində ABŞ-a məxsus süqut etmiş ikinci qırıcıdır. Belə ki, ötən gün ABŞ-ın daha bir F16 qırıcısı Yaponiyanın şimalında süqut etmişdi.
Kuril adalarında qəzaya uğramış F16-nın pilotu qırıcı suda batmadan öncə xilas edilib.