0
Wednesday 22 August 2012 - 19:00

"Fitnəvari cəhdlərə qarşı müsəlmanlar ayıq və bəsirətli olmalıdırlar"

Story Code : 189279
Hacı İlqar
Hacı İlqar
"Şübhəsiz ki, bu ağır bir cinayətdir, terrordur və həmişəki kimi, din adından hoqqabazlıq edən təkfirçilərin hər bir zaman tətbiq etdiyi kimi, bu dəfə də hədəfdə müsəlmanlardır" - bunu Xasavyurtda baş verən dəhşətli terror hadisəsini Deyerler.org-a şərh edən DEVAMM sədri, İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu demişdir.

"Sözsüz ki, bu terror hər hansı formada məzhəblərarası qarşıdurma kimi dəyərləndirilməməlidir. İslamda məzhəblərarası təfriqə adlı bir şey yoxdur. Sadəcə, müxtəlif hüquqi məktəblər arasında cüzi fiqhi fərqlər var. Söhbət ondan gedir ki, 1 milyard 400 milyondan artıq sayda müsəlman var və bu nəhəng passionar qüvvənin kamil vəhdət halına gəlməməsi üçün ümmətin içinə atılmış bir ovuc cinayətkar fəaliyyət göstərməkdədir. Zaman-zaman bu təkfirçilərin maskaları cırılmaqdadır. Amma, hələ də zahirdə bəzi qruplar üçün cazibəli görünə bilən müəyyən şüarlarla insanları cahil duruma sürükləmək, kütlə halına salıb dallarınca aparmaq cəhdləri sezilməkdədir. İslamofoblar da bunlardan yararlanaraq, mübarək inancımızdan "xoxan" düzəldirlər.

Bu baxımdan, müsəlmanlar həm Avropada cərəyan edən proseslərdə, həm regionda, o cümlədən Xasavyurtda baş verənlərlə bağlı, həm də ölkə daxilində yer alan bəzi cəhdlərlə bağlı - bütün fitnəvari məsələlərdə tam ayıq və bəsirətli olmalıdırlar".
Related Stories
Comment