«İranın nüvə silahı hazırladığına dair sübut yoxdur». Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin təmsilçisi BBC-yə deyib. «İranda nüvə materialı istifadə olunur. Bu material isə MAQATE-nin mütəxəssisləri və müfəttişləri tərəfindən nəzarətdədir.
Ondan hərbi məqsədlər üçün istifadə olunmur. Bu da agentlik tərəfindən rəsmi təsdiqini tapıb», - deyə diplomat bildirib. Rusiyanın XİN təmsilçisi həmçinin deyib ki, ABŞ-ın İrana qarşı birtərəfli sanksiya siyasəti beynəlxalq hüquqa ziddir və problemin həllinə kömək göstərmir. /AzNews.az/