0
Friday 14 September 2012 - 18:10

ABŞ-ın ölüm xırıltısı

Story Code : 195376
ABŞ-ın ölüm xırıltısı
ABŞ-ın ölüm xırıltısı
Müsəlman ölkələrində anti-Amerika nümayişləri davam edir

Qalmaqallı filmin aktyor heyətindən ilgin açıqlama: “Çəkilişlər zamanı Məhəmməd peyğəmbərin təhqirinə yol verilməyib. Nə baş veribsə dublyaj zamanı olub”

Məhəmməd peyğəmbəri təhqir edən “İslamın məsumiyyəti” adlı Amerika filminin ərəbcə altyazılı versiyasının yayıma çıxarılmasından sonra İslam dünyasında yaranmış gərinlik davam edir. Ötən gün bir çox müsəlman ölkəsində ABŞ-a qarşı etiraz aksiyaları keçirilib. Fələstinin Qəzza bölgəsində baş tutan aksiyaya 5 yüzə yaxın fəal qatılıb. Aksiya iştrakçıları “ABŞ-a ölüm” şuarları səsləndirblər və bu ölkənin bayrağını yandırıblar. Misirdə isə etirazlar gecə boyu davam edib. Paytaxt Qahirə meydanlarından birinə toplanan 200-ə yaxın fəal ABŞ əleyhinə şuarlar səsləndirib.

Aksiya iştrakçıları ABŞ səfirlərinin ölkəni tərk etməsini tələb ediblər. Etirazçılar, eyni zamanda, peyğəmbərin təhqir olunmasına görə ABŞ-ın üzr istəməsini və filmin istehsalçısının mühakimə olunmasını tələb ediblər. Küçələrdə təkər yandıraraq aksiyanı davam etdirən etirazçılara təhlükəsizlik qüvvələri müdaxilə edib. Meydanı tərk etməyən etirazçılarla polis arasında qarşıdurmalar yaranıb. Qarşıdurma zamanı polis etirazçıları gözyaşardıcı qazlarla dağıtmağa çalışıb. Etirazçılar isə polisə daşlarla müdaxilə ediblər. Nəticədə bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Tunislilər “amerikaya ölüm” dedi

Səfirlik binasına hücum etmək istəyən etirazçıları polis gözyaşardıcı qaz və xəbərdarlıq atəşləri ilə dayandırmağa çalışıb. Binaya girə bilməyən nümayişçilər daha sonra səfirliyin binasını daşa basıblar. Aksiya zamanı bir avtomobil də yandırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri Təhrir meydanınadək qova biliblər. Hadisə nəticəsində 10 nəfərdən artıq insan xəsarət alıb. Eyni xarakterli etiraz aksiyası Tunisdə də keçirilib. ABŞ-ın bu ölkədəki səfirliyinin yaxınlığında keçirilən askiyaya polis müdaxilə edib. Təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün qazdan və rezin güllələrdən istifadə edib.

ABŞ-ın Yəməndəki səfirliyinə də hücum oldu

Yəməndə də ABŞ səfirliyinə hücum olub. “İslamın məsumiyyəti” adlı filmə etirazlarını bildirən yəmənlilər səfirlik binasını mühasirəyə alıb. Diplomatlara məxsus bir neçə avtomobili yandıran nümayişçilər səfirlik binasının pəncərələrini sındırıblar. Yəmən Daxili İşlər Nazirliyinin nümayəndəsi səfirlik binasının təhlükəsizlik qüvvələri tərəfindən qorunduğunu, buna rəğmən bir neçə aksiya iştirakçısının səfirlik kompleksini əhatə edən divara çıxa bildiklərini deyib. Səfirliyin bağçasına girməyi bacara etirazçılar orada aslmış ABŞ bayrağını endirərək yandırıblar. Polisin nümayişçilərə açdığı atəş nəticəsində 1 etirazçının öldüyü bildirilir.

İranın paytaxtı Tehranda 500 nəfərlik qrup sözügedən filmə etirazlarını bildiriblər. ABŞ-ın İrandakı nümayəndəliyini yerinə yetirən İsveçərnin bu ölkədəki səfirliyi yaxınlığında keçirilən askiya zamanı antiAmerika şüarları səsləndirilib. İranın dini lideri Əli Xameneyiyə yaxınlığı ilə tanınan İslamçı Tələbələr Birliyinin çağırışı ilə aksiyaya qatılanlar ABŞ bayrağını yandırıblar.

Vaşinqton Benqazidəki konsulluğunu evakuasiya etdi

Srağagün bir qrup şəxsin ABŞ-ın Benqazidəki konsulluğuna hücumundan sonra Vaşinqton təhlükəsizlik tədbirlərini gücləndirib. ABŞ hökuməti səfir Kristofer Stivensin ölümü ilə nəticələnmiş hücumdan sonra Benqazidəki konsulluğun əməkdaşlarını Liviyadan çıxarıblar. Konsulluq əməkdaşları Almaniyaya köçürülüblər. Həmçinin paytaxt Tripolidəki səfirliyin əməkdaşlarının sayı da azaldılıb. Baş vermiş cinayəti Federal Təhqiqat Bürosu araşdırmağa başlayıb.

Vaşınqdon 6 ölkədəki ABŞ səfirliyinə xəbərdarlıq göndərdi

Bununla yanaşı Vaşinqton ABŞ-ın Ermənistan və digər altı ölkədəki səfirliklərini mümkün hücum təhlükəsi ilə əlaqədar məlumatlandırıb. ABŞ-ın Burundu, Küveyt, Sudan, Tunis, Zambiya, Misir və Ermənistandakı səfirliklərinə mümkün təhlükə ilə bağlı xəbərdarlıq göndərilib. Səfirliklərin saytlarında bununla bağlı dərc olunan məlumatlarda ABŞ vətəndaşları üçün təhlükə olduğuna dair fikir əks olunmayıb, sadəcə bildirilir ki, bu ölkələrdə mümkün nümayişlər zorakı xarakter daşıya bilər. Səfirliklər öz vətəndaşlarına ehtiyatlı olmağı məsləhət görüb.

Etirazların yayıldığını görən ABŞ Liviyaya 2 hərbi gəmi göndərmək qərarına gəlib. “Fox News”-un xəbərinə görə, həmçinin Liviyaya 50 ABŞ dəniz piyadası da göndərilib. “McFaul” və “Laboon” eskadra mina gəmilərinin heyəti istənilən əmri yerinə yetirməyə hazırdırlar. Gəmilər Tomahawk raketləri ilə təchiz olunublar.

Filmin dublyajı zamanı təxribata əl atıblar (?-red)

Bu arada müsəlman ölkələrinin və dünya müsəlmanlarının qəzəbinə səbəb olan filmdə yer almış bəzi aktyor və yaradıcı heyətin bir neçə üzvü açıqlama yayaraq Məhəmməd peyğəmbərin təhqir olunması iddialarını təkzib edib. Onlar bildirib ki, filmin çəkilişləri zamanı Məhəmməd peyğəmbərin təhqirinə yol açan kadrlar və ifadələr yer almayıb. Sonradan baş verənlər isə dublyaj zamanı baş verib. Aktyorlar hadisəyə görə dublaj heyətinin məsuliyyət daşığını deyib. (azadliq.az)
Related Stories
Comment