0
Friday 21 September 2012 - 21:37

Etiraz aksiyaları Avropanı bürüyür

Story Code : 197396
Etiraz aksiyaları Avropanı bürüyür
"IslamTimes" xəbər verir ki, Norveç, Almaniya, Fransada nümayişlər keçirilib. Cümə günü minlərlə müsəlman Oslonun əsas meydanlarından birinə, eyni zamanda ABŞ səfirliyi qarşısına toplanıb. Polisin verdiyi məlumata görə Osloda 3500 aksiyaçı küçələrə çıxıb. "Itar-Tass"ın verdiyi məlumata görə Almaniyanın Frayburq şəhərində minə yaxın nümayişçi "Məhəmməd Peyğəmbərin ləyaqəti bizim ləyaqətimizdir" şüarları ilə etiraz bildiriblər. Polis nümayişçilərə üzünü bağlamağı qadağan edib.

Fransada DİN başçısı Manuel Vals nümayişçiləri qovmaq göstərişi verib. Bu ölkədə nümayişlərin səbəbi təkcə təxribatçı film deyil, həm də Charlie Hebdo nəşriyyəsində İslam peyğəmbərinin karikaturasının yer almasıdır.
Comment