0
Monday 12 November 2012 - 12:01

Hesabat: Yalnız nüvə hücumu İranın nüvə proqramının qarşısını ala bilər

Story Code : 211189
Hesabat: Yalnız nüvə hücumu İranın nüvə proqramının qarşısını ala bilər
Hesabat: Yalnız nüvə hücumu İranın nüvə proqramının qarşısını ala bilər
www.Islam times.org/az/ - “Sunday Times” qəzeti ekspertdən sitat gətirərək deyib ki, İranın Fordov nüvə obyekti yerin çox dərinlikərində yerləşdiyindən adi hücum ilə ona heç bir təsir qoymaq olmaz.

Ekspertin bildirdiyinə əsasən İsrail qarşısında yalnız iki seçim var; ya İsrail gərək xüsusi təyinatlı dəstələrdən istifadə edərək nüvə obyektini ələ keçirməli, ya da ki, nüvə başlıqlı ballistik raketlərdən istifadə edərək nüvə obyektinə zərbələr endirməlidir.

Ekspertlər həmçinin xəbərdarlıq edərək bildiriblər ki, əgər İsrail İrana qarşı ənənəvi hücum edərsə bu zaman təyyarələrinin 20%-ni itirmiş olacaq.

4 Noyabrda İsrailin “Ynetnews” qəzeti məlumat dərc etdirərək bildirmişdir ki, İsrail hərbi gücünü zəif olmasından və müxalifət və əhalinin etirazları səbəindən 2010-cu ildə İsrailin İrana qarşı planlaşdırılmış hərbi hücumu təxirə salınmışdır.

Tanınmış araşdırmacı jurnalist İlana Dayan tərəfindən hazırlanan və İsrail xəbər kanalında yayımlanan səndli filmdə göstərilirdi ki, 2010-cu ildə baş nazir Benyamin Netanyahu, müdafiə naziri Ehud Barak və nazirlərdən ibarət kiçik bir qrup arasında görüş baş verib və bu görüş zamanı baş nazir müdafiə nazirindən İranın nüvə obyektlərinə hücum etmək üçün dərhal hazırlığa başlasını tələb edir. Ancaq sonradan İsrail hərbi qabiliyyətinin İrana hücum etmək əzmində olmadığını və digər vəzifəli şəxslərin bu hücuma qarşı müxalifətçiliyi planın təxirə salınmasına səbəb oldu.

Tel Əviv dəfələrlə Tehranın nüvə silahı istehsal etmək niyyətində olduğunu iddia edərək İranı hərbi hücum ilə təhdid edib. İran isə bu iddiaları rədd etmiş və ola biləcək hər hansı bir hücuma qarşı ölümcül cavab verəcəklərini bildirib.
Source : İslamtimes
Comment