0
Saturday 1 December 2012 - 13:30

İran MAQATE qarşısına tələb qoydu

Story Code : 216777
İran MAQATE qarşısına tələb qoydu
İran MAQATE-dən onun nüvə proqramı ilə bağlı araşdırmaları tez bir zamanda yekunlaşdırılmasını tələb edib. İran tərəfi bəyan edib ki, artıq onlar bu ölkənin nüvə proqramının tam şəkildə dinc xarakter daşımasını sübut edən kifayət qədər sübutlar göstəriblər, - “Vesti”.
İranın MAQATE-dəki daimi nümayəndəsi Əli Əsğər Soltani indiyə qədər İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təqdim etdiyi 50 bənddən ibarət sənədi təqdim edib və onların hər birinə ayrı-ayrılıqda izah verib. İran diplomatının sözlərinə görə, bu sənəd artıq MAQATE-nin İranın nüvə proqramını araşdırmasını dayandırmasını labüd edir. /Deyerler/
Related Stories
Comment