0
Monday 3 December 2012 - 10:12

Ali-Səudun inqilab sonrası planları

Story Code : 217430
Ali-Səudun inqilab sonrası planları
"IslamTimes" "Əl-Vətən" xəbər agentliyinə istinadən bildirir ki, Ali-Səud rejimi Səudiyyə Ərəbistanında gözlənilən inqilabdan qorxuya düşüb. Belə ki, Səudiyyə kralı və ailəsi indidən özləri üçün sığınacaq axtarmaq fikrinə düşüb.

Hər zaman rifah içində yaşamış diktator kral və şahzadələr Los Ancelsi özləri üçün münasib məkan hesab edir. Onlar Səudiyyə Ərəbistanında inqilab baş verəcəyi təqdirdə, Los Ancelsin ən varlı məntəqələrindən olan "Beverly Hills"də yaşamağı düşünür. Amma ölkəsində etirazlar üzündən ağır günlər yaşayan Ali-Səud ailəsinin gələcək planı da uğursuzluqla qarşılaşıb. Belə ki, Beverly Hills sakinləri Səudiyyə kralının bir neçə saraydan ibarət olan 85 min kvadrat fut sahəni əhatə edən kompleksi almasına qarşı çıxıblar.

Sakinlərinin şikayətindən sonra kralın 30 min kvadratlıq bir kompeks almaq məcburiyyətində qaldığı bildirilir. Amma bu addım da sakinlərin şikayətini geri götürməsinə səbəb olmayıb.
Related Stories
Comment