0
Thursday 24 January 2013 - 08:57

Nicat Əliyevə yeni və ağır ittihamlar irəli sürülə bilər

Story Code : 234156
Azadxəbər saytının baş redaktoru Nicat Əliyevə yeni və ağır ittihamlar irəli sürülə bilər. Bu barədə FaktXəbər-ə N.Əliyevin vəkili Anar Qasımlı məlumat verib. Hələlik hansı maddələrin veriləcəyini açıqlamayan vəkil, Nicat Əliyevin adının Ştrasserin siyahısına əlavə olunmasına da münasibət bildirərək, qeyd edib ki, Nicat Əliyev də digər vicdan məhbusları kimi qanunsuz həbs olunub və Eurovision əleyhinə çıxışlarına görə şərlənibdir.

Anar Qasımlı Ştrasserin siyahısının təsdiq olunacağına ümidli olduğunu bildirib və Azərbaycan hökumətini siyasi məhbus istehsalını dayandırmağa çağırıb.
Source : Faktxeber
Comment