0
Friday 1 February 2013 - 14:43

Analitik: İsrail İrana qarşı uydurma ssenari yaradır

Story Code : 236449
Analitik: İsrail İrana qarşı uydurma ssenari yaradır
Analitik: İsrail İrana qarşı uydurma ssenari yaradır
Siyasi analitik Scott Rikard deyib: “Onlar daim İsrail və ABŞ-dakı insanları qorxudaraq nəzarətdə saxlamaq üçün uydurma olan ssenari yaradırlar və həm İran hökuməti, həm də İran nüvə enerji proqramı haqqında yalan təbliğat kompaniyası aparırlar.”

O bu açıqlamanı Beynəlxalq Atom Enerji Agentliyinin İsrail və Qərb mediasında Fordo nüvə obyektində partlayışın baş verməsi haqqında yayılan məlumatların yalan olduğunu təsdiq etdikdən və İran nüvə obyektində bu cür hadisənin şahidi olmadıqlarını bildirdikdən sonra etmişdir.

İranın inşa etdiyi ikinci uranın zənginləşdirməsi obyekti olan Fordo Tehrandan 160 km aralıda yerləşən Qum əyalətində yerləşir.

Rikard Qərb mediasını dünyada gərginlik yaratmaqda və BMT nüvə agentliyinin təftişlərini gözdən salmağa çalışmaqda ittiham edib.

ABŞ, İsrail və onların bəzi müttəfiqləri dəfələrlə İranı nüvə enerji proqramında hərbi məqsədlər üçün istifadə etməkdə ittiham ediblər.

İran isə öz növbəsində bütün bu ittihamları rədd edərək bildirib ki, Nüvə Silahı Yayılmama Razılığını imzalayan və Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü olan bir dövlət kimi nüvə texnalogiyasından dinc məqsədlər üçün istifadə etməyə tam haqqı var.
Source : Islamtimes
Related Stories
Comment