0
Saturday 2 February 2013 - 00:20

"İranla danışıqlar start götürsün"

Story Code : 236553
"İranla danışıqlar start götürsün"
ABŞ prezidenti Barak Obamanın müavini (vitse-prezident) Co Bayden Almaniya qəzetlərindən biri ilə müsahibəsi zamanı deyib: "İranla 5+1 ölkələri arasındakı nüvə danışıqlarının tez bir zamanda yenidən start götürməsini istəyirik, bu danışıqların nəticəsi bizim üçün olduqca əhəmiyyətlidir."

Biz bu danışıqlarda İranın nüvə fəaliyyətinin sülhməqsədli olduğunun sübut edilməsini istəyirik. İnanırıq ki, iqtisadi sanksiyalar və siyasi təzyiqlərdən əlavə müzakirələr yolu ilə də nəticə əldə etmək mümkündür."

Xatırladaq ki, İran İslam İnqilabından sonra 30 ilə yaxındır ki, ABŞ İrana qarşı sanksiyalar tətbiq edir. Onlar son illərdə bu sanksiyaları İranın nüvə fəaliyyəti ilə əlaqələndirirlər. Amma İran nüvə fəaliyyətinə başlamazdan öncə hansı məqsədlə sanksiyalar tətbiq edildiyinə cavab verilmir. İslam Respublikası isə uranı yalnız nüvə enerjisi əldə etmək üçün zənginləşdirdiyini sübuta yetirmək məqsədi ilə BAEA-nın nüvə enerjisi sənayesini 24 saat izləməsi üçün kameralar quraşdırıb, MAQATE müfəttişlərinin sənayelərə baxış keçirməsi üçün lazımi şəraitlər yaradıb.
Related Stories
Comment