0
Tuesday 20 April 2010 - 14:11
Mehdi Axundzadə :

Tehran konfransının böyük nailiyyətləri olub

Story Code : 24099
Tehran konfransının böyük nailiyyətləri olub
Tehranda nüvə tərksilahı və nüvə silahlarının yayılmasına qadağa üzrə beynəlxalq konfransın katibi bildirib ki, konfransın nailiyyətləri İranın gözləntisindən və nəzərdə tutduğu hədəflərindən daha yüksək səviyyədə olmuşdur.
MEHR İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, Mehdi Axundzadə nüvə tərksilahı üzrə ekspertlərin iştirakı, habelə nüvə tərksilahı iclasının ixtisasçı qruplarının nailiyyətlərini yüksək qiymətləndirib.
Onun sözlərinə görə, qonaqlar həmçinin nüvə ekspertləri daha yüksək iradə və əzmkarlıqla bu məsələni izləyib və nəzərdə tutulmuş ixtisasçı mövzular üzrə yaxşı həll yolları təqdim etdilər.
Axundzadə çıxışının davamında ümumi məfkurənin sözü gedən konfransı müsbət qarşılaması və bu tədbirin daha geniş işıqlandırılmasını müsbət dəyərləndirib və deyib: Nüvə tərksilahı və kütləvi qırğın silahlarının yayılmasına qadağa qoyan birinci beynəlxalq konfrans bu sahədə çox uğurlu nəticələr verdi.
Source : Mehr News
Comment