0
Wednesday 27 February 2013 - 19:48

Con Kerri İranla müzakirələrdən danışdı

Story Code : 242975
Con Kerri İranla müzakirələrdən danışdı
"IslamTimes" "Reuters"-ə istinadən xəbər verir ki, ABŞ-ın yeni xarici işlər naziri Con Kerri deyib: "İranla nüvə enerjisi mövzusunda baş tutan görüş səmərəli olub. İran ciddi şəkildə həmkarlığını davam etdirsə, uzunmüddətli razılıq əldə edilə bilər."
 
O əlavə edərək deyib: "ABŞ İranla ikitərəfli danışıqlara hazırdır."
 
Con Kerri uyğun sözləri İranla 5+1 arasında Almatıda keçirilən görüşün başa çatmasından sonra səsləndirib.
 
ABŞ xarici işlər naziri İranla birbaşa danışıqlara hazır olduqlarını Parisə səfəri çərçivəsində Fransa prezidenti Olland və xarici işlər naziri Loran Fabiusla görüş zamanı açıqlayıb.
Comment