0
Saturday 24 April 2010 - 14:28
Bakı-Vaşinqton münasibəti :

Bakı-Vaşinqton münasibətlərində sərinlik yaranıb

Story Code : 24382
Bakı-Vaşinqton münasibətlərində sərinlik yaranıb
Son aylar ərzində ABŞ rəsmilərinin Ermənistana xüsusi dəstək vermələri, Qarabağ münaqişəsinin öz həllini tapmadığı bir şəraitdə Türkiyə - Ermənistan sərhədlərinin açılmasına təkid etmələri və Qarabağ münaqişəsinin həllində erməni separatçılarını dəstəkləməsi Bakı-Vaşinqton münasibətlərinə kölgə salıb. ABŞ-ın prezidenti Barak Obamanın azəri həmkarı İlham Əliyevi Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi iclasına dəvət etməməsi isə iki tərəf arasındakı münasibətlərin daha gərginləşməsinə səbəb olub. Belə ki, Bakı rəsmiləri ABŞ-a qarşı ciddi tənqidlər yağdırmağa başlayıblar. Bu arada siyasi müşahidəçilər yaranmış vəziyyətlə bağlı müxtəlif fikirlər səsləndirərək, onu dəyərləndirməyə çalışırlar. Elə bu istiqamətdə Bakıdakı müxbirimiz Yeni Zaman qəzetinin baş redaktoru Şakir Habil oğlu ilə müsahibə aparıb. Diqqətinizi əməkdaşımızın reportajına cəlb edirik.

Source : ILNA
Comment