0
Monday 1 April 2013 - 11:59

Suriya müxalifəti kimə xidmət edir?

Story Code : 250505
Suriya müxalifəti kimə xidmət edir?
"IslamTimes" Suriyanın "Sana" xəbər agentliyinə istinadən xəbər verir ki, özünü Azad Suriya Ordusu adlandıran silahlı terroristlər Deir Əz-Zur vilayətində 3 neft quyusuna od vurub. Uyğun yanğın zamanı ətrafdakı digər quyulara da ziyan dəydiyi və alovlandığı xəbər verilir.

Azad Suriya Ordusu demokratiya, Suriya xalqının azadlığı uğrunda vuruşduğunu iddia etsə də, bu günədək ağlasığmaz cinayətlərə yol verib. Onların bu cinayətləri son günlər daha da artıb. Belə ki, azyaşlı körpənin terroristlər tərəfindən edam edilməsindən sonra, Suriyanın tanınmış din xadimi Məhamməd Səid Ramazan əl-Buti məsciddə tədrislə məşğul olduğu zaman terror edilib, bu terror zamanı daha 49 dinc sakin həlak olub. Bunlardan əlavə terroristlərin Dəməşqdəki universitetə hücumuna da işarə etmək yerinə düşərdi. Bu hücum nəticəsində 12 nəfər tələbə qətlə yetirilmişdi. Terroristlər bir neçə gün öncə Hələb şəhərinin Şeyx Məsud kürd məhəlləsində məscidin imamı şeyx Həsən Səfiyəddini edam etmişdilər.

Bütün bu cinayətlər Azad Suriya Ordusunun Suriya xalqının dostu yox, əsil düşməni olduğunu sübuta yetirir. Təəssüfləndirici hal budur ki, Türkiyə, ABŞ, Fransa, İngiltərə və bir sıra digər ərəb ölkələri bu cinayətlər qarşısında susur və terroristləri silahlandırmağa davam edir.
Related Stories
Comment