0
Monday 6 May 2013 - 11:58

İraq hökuməti Türkiyəni kəskin tənqid etdi

Story Code : 261185
İraq hökuməti Türkiyəni kəskin tənqid etdi
İraq dövləti Türkiyəni ölkəsində iğtişaşlar yaratmaqda ittiham edib.  İraqın Müdafiə Naziri Sədun əl-Duleymi bildirib ki, Türkiyə hökuməti İraqdakı sünni yönümlü iğtişaşlara nəzarət edir və həmin aksiyalar terrorçular və qatillər üçün əsl “cənnətdir”.
 
O, daha sonra əlavə edib ki, “həmin məntəqələrdə baş verən iğtişaşlar xarici ssenarilər əsasında baş tutur və həmin məntəqələr bir zaman Osmanlı ərazisi olmuş Ənbar, Mosul və Samirrə kimidir.”  Qeyd edək ki, adı çəkilən şəhərlər bir zaman Osmanlı imperiyasının tərkibində olmaqla İstanbuldan idarə edilib.
 
İraqla Türkiyə arasındakı münasibətlər kütləvi qətllər törətməkdə ittiham edilərək barəsində ölüm hökmü çıxarılan Taril əl-Haşimiyə Türkiyə tərəfindən sığınacaq verilməsindən sonra gərginləşib. /islam-azeri/
Comment