0
Thursday 8 July 2010 - 16:42

“Qırmızı Xaç Cəmiyyəti casus yuvasıdır!”

Story Code : 30501
Qırmızı Xaç Cəmiyyəti
Qırmızı Xaç Cəmiyyəti
İslamTimes Mediaforum-a istinadən xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü iyulun 7-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin və Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyaları keçiriblər. Aksiya iştirakçıları Azərbaycan ordusunun giziri Mübariz İbrahimovun meyitinin hələ də ermənilərin əlində qalmasına etirazlarını bildirib, meyitin qaytarılması üçün təcili tədbirlərin görülməsini tələb ediblər.QAT üzvləri BQXK nümayəndəliyinin qarşısında “Rədd olsun Qırmızı Xaç Təşkilatı!”, “Qırmızı Xaç Cəmiyyəti casus yuvasıdır!”, “Qırmızı Xaç Təşkilatına ar olsun!”, “Təcili tədbirlərin görülməsini tələb edirik!” və digər şüarlar səsləndiriblər. Aksiya iştirakçılarının bir qrupunun nümayəndəliyin rəhbərliyi ilə görüşü təmin edilib. İki saata qədər davam edən görüşdə QAT-ın tələbi çatdırılıb və yazılı müraciət verilib. Müraciətdə göstərilir: “2010-cu il iyunun 18-də işğalçı Ermənistan ordusunun bölmələri təxribat törədib və nəticədə cəbhənin Tərtər bölgəsi istiqamətində döyüş baş verib. Azərbaycan ordusunun giziri Mübariz İbrahimov qeyri-bərabər döyüşdə qəhrəmanlıq göstərərək axıracan vuruşub və həlak olub. Ermənilər meyitlə də möhtəkirlik edir, iki həftədən çox keçməsinə baxmayaraq hələ də meyiti Azərbaycan tərəfinə təhvil vermirlər. Bu bir daha göstərir ki, ermənilər müasir dünyanın sivil qaydalarına hələ də uyğunlaşa bilmir, cəngəllik qanunları ilə yaşayır, ölüdən də əl çəkmir, intiqam almağa çalışırlar. Bunlar insan qanına susamış hannibal tayfalardır.Döyüş bölgəsində həlak olmuş şəxsin meyitinin geri qaytarılması birbaşa Beynəlxalq Qırmızı Xaç Komitəsinin səlahiyyətinə daxil olan məsələdir. İki həftə ərzində bir meyiti geri qaytara bilməyən təşkilatın fəaliyyətinə heç bir ehtiyac yoxdur. Biz gizir Mübariz İbrahimovun meyitinin yaxın 3 gün ərzində Azərbaycana qaytarılmasını sizdən tələb edirik. Əks halda, təşkilatınızın Azərbaycanda fəaliyyətinin dayandırılması üçün bütün vasitələrdən istifadə edəcəyik”.
Related Stories
Comment