0
Saturday 28 September 2013 - 11:23

Obama Ruhaniyə zəng edib

Story Code : 306385
Obama Ruhaniyə zəng edib
Obama Ruhaniyə zəng edib
Ruhani Tehrana geri dönmək üçün Kennedi adına beynəlxalq hava limanına gedərkən Obamadan telefon zəngi qəbul edib.

İran və ABŞ prezidentləri İranın nüvə enerji proqramı məsələsi üzərində tez bir zamanda siyasi razılığa gəlməyin zərurətini vurğulayıblar.

Prezident Ruhani və prezident Obama müxtəlif regional məsələlərdə qarşılıqlı əməkdaşlığın mühümlüyündən söz açıblar.

İranın xarici işlər naziri Muhəmməd Cavad Zərif və onun amerikalı tərəf müqabili Con Kerri iki ölkə arasında danışıqların davam etdirliməsinin mühümlüyün vurğulayıblar.

Obama bəyan edərək bildirib: “Elə indicə mən İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə danışdım. Hər ikimiz İran nüvə enerji proqramı üzərində razılığa gəlmək üçün görülən cəhdləri müzakirə etdik.”

O əlavə edərək deyib: “Mən aydınlıq gətirərək İranın öhdəlikləri yerinə yetirmək şərti ilə İran xalqının dinc nüvə enerjisi proqramından istifadə etməyə haqqını tanıdığını bildirdim. Beləliklə də yoxlanış şəffaf və ədalətli olmalıdır və belə olduğu təqdirdə İrana qarşı tətbiq olunmuş bütün sanksiyalar aradan qalxa bilər.”
Source : Islamtimes
Comment