0
Thursday 17 October 2013 - 10:34

Böyük Britaniya Cenevrə danışıqlarını faydalı adlandırıb

Story Code : 311677
Böyük Britaniya Cenevrə danışıqlarını faydalı adlandırıb
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq deyib. Onun sözlərinə görə, tərəflər arasında danışıqlar zamanı ciddi mövzular müzakirə predmeti olub.
 
Heyq deyib ki, bu müzakirələr İranın nüvə məsələsinin həll edilməsi istiqamətində irəliləyiş üçün real fürsətdir.
 
Qeyd edək ki, oktyabrın 15-16-da Cenevrədə İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri keçirilib.
Related Stories
Comment