0
Wednesday 27 November 2013 - 05:33

İrana qarşı yeni sanksiyaların qəbul olunması barədə konqresə xəbərdarlıq edilib

Story Code : 325025
İrana qarşı yeni sanksiyaların qəbul olunması barədə konqresə xəbərdarlıq edilib
Trend RİA Novosti agentliyinə istinadən bu barədə dövlət departamentinin nümayəndəsi Cen Psaki jurnalistlərə bildirib.
 
Demokrat çoxluğunun lideri Harri Rid senatda bazar ertəsi bildirib ki, senat Cenevrədə İranın nüvə problemi ilə bağlı əldə olunmuş sazişə baxmayaraq dekabrda İrana qarşı sanksiyaların sərtləşdirilməsinin mümkünlüyü haqqında məsələyə baxacaq.
 
"Danışıqlar zamanı istənilən yeni sanksiyaların qəbul edilməsi faydalı olmayacaq və səylərimizi riskə məruz qoya bilər", - Psaki deyib.
Comment