0
Friday 20 December 2013 - 12:17

Ağ Ev: Obama İrana qarşı yeni sanksiyalara veto qoyacaq

Story Code : 332439
Ağ Ev: Obama İrana qarşı yeni sanksiyalara veto qoyacaq
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Cey Karni deyib.
 
O, qeyd edib: "Biz Konqres üzvləri ilə bu mövzunu müzakirə etdik və açıq-aydın bildirdik ki, yeni sanksiyalar haqqında qanun layihəsinin qəbul edilməsinin vaxt deyil. Biz bu sənədin qəbul ediləcəyini və qəbul edilməli olduğunu düşünmürük. Əgər qanun layihəsi qəbul olunsa, Prezident veto hüququndan istifadə edəcək".
 
Bundan əvvəl Ağ Ev dəfələrlə Konqresi danışıqlar prosesini korlamamaq üçün yeni sanksiyaların qəbulunu təxirə salmağa çağırıb.
 
C.Karninin sözlərinə görə, əgər İran öhdəliklərini yerinə yetirməsə və ya nüvə problemi üzrə yekun sazişi imzalamasa, onda Ağ Ev yeni sanksiyaların qəbul edilməsi üçün Konqreslə qarşılıqlı fəaliyyətdə ola bilər: "Lakin indi belə bir fəaliyyət diplomatik həll prosesinə mane ola bilər. Belə bir qanun layihəsinin qəbulu ABŞ-ın İrana qarşı hərbi fəaliyyətə cəlb edilmə riskini ciddi şəkildə artıracaq".
 
Xatırladaq ki, İranın nüvə proqramı üzrə ilkin razılıq noyabrın sonunda Cenevrədə İran və beynəlxalq vasitəçilər (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında danışıqlar zamanı əldə olunub.
Related Stories
Comment