0
Sunday 5 January 2014 - 14:17

İran əl Macidinin ölümünün araşdırılmasını tələb edib

Story Code : 337691
İran əl Macidinin ölümünün araşdırılmasını tələb edib
İran əl Macidinin ölümünün araşdırılmasını tələb edib
İran Məclisinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Əlaəddin Burucerdi şənbə günü Macid əl Macidinin ölümünü çox şübhəli və müəmmalı adlandırmış və Beyruta səslənərək onun ölümü haqqında araşdırma aparmasını tələb etmişdir.

Burucerdi Beyrutu səudiyyəli Macidinin təbii ölümdən ölüb-ölməməsini araşdırmaq üçün xüsusi tədqiqat aparmasını tələb etmiş və demişdir: “Halhazırkı şəraitdə Livan hökuməti əl Macidinin ölüm səbəbini bəyan etmək üçün onun üzərində test və xüsusi araşdırma aparmalıdır.”

Millət vəkili Səudiyyə Ərəbistanın regionda terrorizmə dəstək verdiyini bildirmiş və demişdir ki, əl Macidinin əsas dəstəkçisi olan Səudiyyə Ərəbistanı Beyrut partlayışında olan rolunun ortaya çıxmaması üçün onu öldürüb.

Burucerdi deyib ki, İran əl Macidinin dindirilməsində yaxından iştirak etmək və ondan xüsusi məlumatları öyrənmək üçün Livana xüsusi komanda göndərməyə hazırlaşırdı.

O qeyd edərək bildirib ki, indi isə bu komanda Livana səudiyyəli terroristin ölüm səbəblərini öyrənmək üçün gedəcək.
O deyib: “Əl Macidi Beyrutda İran səfirliyi qarşısında törədilmiş terror aktının arxasında duran gizli məqamları açmaqda xüsusi əhəmiyyət daşıyırdı və onun dindirilməsi bu cür hadisələrin arxasında olan gizli məlumatların və bu hadisələrin həqiqi təşkilatçıları haqqında məlumatları aşkar edə bilərdi.”

Əbdullah Əzzəm Briqadasının rəhbəri olan ələ keçirilmiş səudiyyəli terrorist Macid əl Macidinin şənbə günü Livanın hərbi hospitalında öldüyü bildirilib.
Macid 2013-cü il 19 noyabr tarixində Livanın paytaxtı Beyrutda İran səfirliyi qarşısında baş vermiş iki partlayış ilə əlaqədar olaraq həbs edilmişdir.
Source : Islamtimes
Related Stories
Comment