0
Friday 13 August 2010 - 00:32

İran Livana hərbi yardıma hazırdır

Story Code : 33968
İran Livana hərbi yardıma hazırdır
İran Livana hərbi yardıma hazırdır
Təlal Ətrisi, Livan Universiteti professorunun fikrincə, İranın Livan Ordusuna hərbi yardım etməsi yalnız ölkədəki bütün cinahların razılığı ilə həyata keçirilə bilər, bu isə mümkun deyil. Amma müharibə şəraitində Livanın İrandan yardım tələb etməsi istisna olunmur. ABŞ avqustun 9-da Livan Ordusuna ayırdığı 100 milyon dollarlıq maliyyə yardımını dayandırıb. ABŞ İsrail-Livan sərhədində keçən həftə baş vermiş silahlı toqquşmada Livan tərəfini günahlandırıb və ona ayırdığı yardımın İsrail əleyhinə istifadə olunmasından çəkindiyini bildirib. Toqquşmada bir İsrail, üç Livan hərbçisi həlak olub. ABŞ Livandan maliyyə yardımını kəsdiyini bildirdikdən sonra, İranın Livandakı səfiri Qəzənfər Rüknabadi bildirib ki, İran Livan Ordusuna hərbi yardım göstərməyə və onu təchiz etməyə hazırdır. /HaqqYolu/
Related Stories
Comment