"Anadolu" xəbər agentliyinin verdiyi məlumata əsasən, ABŞ-da 1992-ci ildə bir qadını öldürdüyü üçün həbs olunan Michael Jeffrey Land adlı ölkə vətəndaşı edam cəzası ilə üzləşib. Alabama ştatındakı həbsxanada saxlanılan Land, zəhərli iynə ilə edam olunub. Qeyd edək ki, Michael Jeffrey Land adlı şəxs bu il ABŞ-da edam olunan 35-ci məhbus olub.