0
Thursday 16 January 2014 - 00:05

Gates: İrana qarşı yeni sanksiyalar çox böyük səhvdir

Story Code : 341560
Gates: İrana qarşı yeni sanksiyalar çox böyük səhvdir
Gates: İrana qarşı yeni sanksiyalar çox böyük səhvdir
Çərşənbə axşamı günü PBS kanalının Xəbər Saatı verlişinə müsahibə verən Gates deyib: “Halhazırda İrana qarşı sanksiya tətbiq etmək böyük səhvdir və strateji yanlışlığa gətirib çıxaracaq.”

Amerikanın sabiq müdafiə naziri bu açqılaması ilə 2013-cü il 18 dekabr tarixində ABŞ senatının xarici əlaqələr komitəsinin rəhbəri Robert Menendez və senator Mark Kirk İranın enerji, gəmçilik və mədən sahələrinə sanksiya tətbiq etmək haqqında olan təkliflərinə toxunmuşdur.

59 senatorun dəstəyini qazanan bu qanun layihəsi 2013-cü il 24 noyabr tarixində İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – Britaniya, Rusiya, ABŞ, Çin, Fransa və üstəgəl Almaniya arasında Cenevrədə əldə edilmiş razılaşmanı poza bilər. Hər iki tərəf həmçinin razılaşmanın şərtlərini həyata keçirmək üçün 20 yanvar tarixini seçiblər.

Əldə edilən nüvə razılaşmasına əsasən İslam Respublikasının altı ay ərzində nüvə fəaliyyətinə tətbiq edəcəyi məhdudiyyət qarşısında altı ölkə İrana qarşı tətbiq edilmiş sanksiyaları yüngülləşdirmək öhdəliyini öz üzərlərinə götürüblər.

Həmçinin razılığa gəlinib ki, bu zaman çərçivəsi daxilində İrana qarşı heç bir yeni sanksiya tətbiq edilməsin.

Qaunun layihəsi və Menendez və Kirkin bu layihəyə dəstək əldə etmək cəhdləri Ağ Ev tərəfindən tənqidlə qarşılandı. ABŞ prezidenti Barak Obama deyib ki, əgər qanun layihəsi konqresdə qəbul edilərsə bu zaman həmin qanuna veto qoyacaq.

Prezident Buş dövründə ABŞ müdafiə naziri vəzifəsində çalışan Gates daha sonra müsahibədə deyib ki, İrana qarşı hər hansı bir yeni sanksiya nüvə danışıqlarını korlayacaq.

O əlavə edərək deyib ki, ABŞ iranlılar ilə müzakirələr masasına oturmaqdan başqa çıxış yolu yoxdur.

İslam Respublikası da həmçinin yeni sanksiyalara qarşı xəbərdarlıq ederək bildirib ki, əgər bu sanksiyalar tətbiq edilsə bu zaman altılıq ölkə ilə əldə edilmiş nüvə razılaşması pozulacaq.
Source : Islamtimes
Related Stories
Comment