0
Saturday 5 April 2014 - 00:00

Ərdoğan Azərbaycandakı nurçuların siyahısını İlham Əliyevə verib getdi

Story Code : 369227
Ərdoğan Azərbaycandakı nurçuların siyahısını İlham Əliyevə verib getdi
Etibarlı mənbədən APA-ya daxil olan məlumata görə, Türkiyənin baş naziri nurçuların hər iki ölkədə təhlükə olduğunu bildirib, onların Azərbaycanda da şəbəkələşməsindən narahatlığını ifadə edib. Məlumata görə, İlham Əliyevə Azərbaycandakı nurçularla bağlı siyahı təqdim edilib.
Həmçinin Ərdoğan mümkün təhlükənin qarşısını vaxtında almasının zəruriliyini vurğulayıb.
Qeyd edək ki, İlham Əliyevlə baş nazir Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransında da bu məsələ ilə bağlı suallar verilib. İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərinə zərər verə biləcək istənilən qüvvənin qarşısı alınır: “Biz imkan vermərik ki, iki dost, qardaş ölkənin arasında kimlərsə nifaq salsın”.
Ərdoğan isə suala cavabında bildirib ki, ortada bir sıxıntı var və hər iki ölkəni narahat edəcək durum varsa, deməli, müzakirə də edilib.
Comment