İnterAz-ın İran mətbuatına istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin kəşfiyyat nazirliyinin Yəzd əyaləti üzrə bölməsi bəyanat verib.
Bildirilib ki, ABŞ, İsrail, eləcə də Britaniya kəşfiyyatlarına casusluq edən ölkə vətəndaşları əyalətdə mühüm vəzifə və post sahibləridirlər. Mənbə casusların ədliyyə orqanlarına təhvil verildiyini bəyan edib.
İran kəşfiyyatı tutulanların adlarını və tutduğu vəzifələri açıqlamayıb.