0
Monday 25 October 2010 - 06:29

Bill Klinton nüvə kodlarını itiribmiş

Story Code : 41628
Bill Klinton nüvə kodlarını itiribmiş
Bill Klinton nüvə kodlarını itiribmiş
“ABŞ-a nüvə zərbəsi endirilir, ancaq superdövlət buna cavab verə bilmir. Çünki prezident nüvə silahının kodunu itirib. Bu hadisə heç vaxt baş verməyib, ancaq Klinton administrasiyasının sonuna bir neçə ay qalmış baş verə bilərdi”, - bu barədə ABŞ Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general Hyu Şelton yenicə çapdan çıxmış kitabında yazıb.
O zaman Ağ ev rəhbərinin “nüvə çantası”nı (nüvə hücumlarının kodlarının yerləşdiyi qara dəri çanta) gəzdirən Robert Pattersonun İngiltərənin “Times” qəzetinə verdiyi açıqlamaya görə, həmin kodlar olmadan cavab və ya qabaqlayıcı nüvə zərbəsi endirmək mümkün olmayacaqdı.
“Kodlar doğrudan da aylarla tapılmadan qalıbmış. Bu, çox böyük, ciddi məsələdir. Hər ay bir Pentaqon zabiti Ağ Evə gəlib kodu yoxlamalıymış, onu iki dəfə dala qaytarıblar ki, prezidenti narahat etmək olmaz”, - deyə general öz kitabında vurğulayıb.
“Times”a müsahibəsində Patterson təsdiqləyib ki, yeni kodlar hazır olanacan hansısa nüvə hücumu mümkün olan iş deyildi, yeni kodun hazırlanması isə general Şeltonun dediyi kimi, dəqiqələr yox, saatlarla vaxt tələb edirmiş.
Polkovnik onu da əlavə edib ki, bir qayda olaraq kodlar bir kartın üstündə yerləşib, həmin kartı da Klinton öz kredit kartlarına rezinlə bağlanmış vəziyyətdə şalvarının cibində gəzdirib. Pattersonun sözlərinə görə, israrla soruşanda Klinton etiraf edib ki, kodları səhv salıb. Bu xəbər Pentaqonda çox tez yayılıb. Prezidentin birinci narahatlığı ondan olub ki, məsələ ictimailəşəcək: “General Şelton və Müdafiə naziri Uilyam Koen bərk narahat idilər ki, ertəsi gün ”The Washington Post"un manşet məqaləsi bu başlıqla çıxa bilər: “Prezident nüvə açarını itirib - nüvə hücumu mümkün deyil”.
Related Stories
Comment