0
Wednesday 10 December 2014 - 16:13

Sergey Lavrov: "Rusiya ilə NATO arasında ciddi böhran yaşanır"

Story Code : 424741
Sergey Lavrov: "Rusiya ilə NATO arasında ciddi böhran yaşanır"
Bununla yanaşı Rusiya NATO ilə siyasi dialoq kanallarının saxlanılmasının tərəfdarı kimi çıxış edir".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "RİA Novosti"yə müsahibəsində deyib.
S. Lavrov alyansın Rusiya ilə sərhəddə hərbi mövcudluğunun gücləndirilməsi istiqamətində addımlar atdığını söyləyib.
"Bu cür fəaliyyət sözsüz ki, Avroatlantika regionunda gərginliyi artırmağa və sabitliyi pozmağa kömək edir. Buna baxmayaraq, siyasi dialoq üçün kanalları saxlamağın lazım olduğuna inanırıq. Rusiyanın NATO-dakı daimi nümayəndəliyinin fəaliyyəti hazırda bu tapşırıqların həllinə yönəlib", - deyə o vurğulayıb.
Comment