0
Thursday 11 November 2010 - 12:28

İran ölkədə istehsal olunan S-300 sistemlərini sınaqdan keçirəcək

Story Code : 43732
İran yerli istehsal olan S-300 sistemlərini sınaqdan keçirəcək
İran yerli istehsal olan S-300 sistemlərini sınaqdan keçirəcək
Sınaqlar Rusiyanın bu sistemləri Tehrana satmaqdan imtina etməsinə cavab olaraq keçirilir. Bu barədə çərşənbə günü İranın Hava Hücumundan Müdafiə Qərargahının rəis müavini, briqada generalı Məhəmməd Həsən Mənsuriyan deyib. Məlumatı IRNA agentliyinə istinadən ILNA yayıb.
"Bizim təhlükəsizlik tələblərimizin bir hissəsini təmin etmək üçün Rusiyadan S-300 almaqla bağlı planlarımız var idi. Lakin ABŞ və İsrailin təzyiqi altında [Rusiya] BMT Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsini bəhanə gətirərək sistemi İrana satmaqdan imtina etdi", - o deyib.
Onun sözlərinə görə, hazırda oxşar S-300 sistemlərinin səhra sınaqları keçirilir, bundan başqa, digər uzaqmənzilli sistemlər işlənmə və istehsal prosesindədir.
Related Stories
Comment