0
Saturday 27 November 2010 - 09:58

Kanadadakı səfirimiz Müsəlmanlar Assosiasiyası tərəfindən təşkil edilmiş tədbirdə iştirak edib

Story Code : 45235
Kanadadakı səfirimiz Müsəlmanlar Assosiasiyası tərəfindən təşkil edilmiş tədbirdə iştirak edib
Kanadadakı səfirimiz Müsəlmanlar Assosiasiyası tərəfindən təşkil edilmiş tədbirdə iştirak edib
2010-cu ilin 26 noyabr tarixində Kanadanın Toronto şəhərində Ontario Proqressiv Müsəlmanlar Assosiasiyası tərəfindən Ontario parlamentində ziyafət keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev əsas çıxışçı qismində nitq söyləyib. Bu barədə APA-ya Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən məlumat veriblər.
Çıxış zamanı İslam və Qərb dünyası ilə əlaqələrə toxunan səfir F.Şəfiyev bir sıra Qərb ölkələrində islamafobiyanın formalaşmasını təəssüflə qeyd edib. Azərbaycanın dünyəvi dövlət və əhalisinin 90%-dən çoxunun müsəlman olduğunu söyləyən səfir F.Şəfiyev ölkəmizdə bir neçə sinaqoq və kilsənin fəaliyyət göstərdiyini və bunun ictimaiyyət tərəfindən normal qarşılandığını bildirib. Səfir F.Şəfiyev təcavüzə məruz qalmasına və işğal olunmuş ərazilərdə məscidlərin dağıdılmasına baxmayaraq, Azərbaycanda xristian və digər dinlərə qarşı tolerant münasibətin olduğunu qeyd edib.
Related Stories
Comment