Bu barədə məlumat “Human Rights Watch” təşkilatının yaydığı hesabatda yer alıb. Təşkilat Yəməndə kaset bombalarından istifadə edildiyinə dair foto və videonu ictimaiyyətə təqdim edib.
Koalisiya qüvvələrinin kaset bombaları ilə hücumu aprelin ortalarında Yəmənin Saada bölgəsində baş verib. Qeyd edək ki, kaset bombasından istifadə 2008-ci ildə 116 ölkənin imzaladığı sənədlə qadağan edilib.