Bu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovanın barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verilib. Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, X. İsmayılovanın həbs müddəti avqustun 24-dək uzadılıb.