0
Saturday 13 June 2015 - 12:38

Ayətullah Sistaninin nümayəndəsi Bəycidəki qələbədən danışd

Story Code : 466383
Ayətullah Sistaninin nümayəndəsi Bəycidəki qələbədən danışd
İslamazeri.az İraq mediasına istinadən xəbər verir ki, dünən Ayətullah Sistaninin Kərbəladakı nümayəndəsi Şeyx Əbdülmehdi Kərbəlayi cümə namazından sonra çıxış edib. Xütbəsi zamanı bölgədəki vəziyyətə və İraqın daxili vəziyyətinə toxunan Şeyx Əbdülmehdi Bəycidəki qələbədən danışıb: "Bəycinin azad edilməsi İraq əsgərlərinin və könüllülərin qorxmazlığının göstəricisidir. Düşmən yalan məlumatlar və görüntülər yaymaqla İraq əsgərlərinin qorxaq olduğunu göstərməyə çalışır. Əmin olun ki, bu belə deyil". Son zamanlar kamikadze hücumlarının çoxalmasına da toxunan Şeyx Əbdülmehdi İraq hökumətinə təkliflə çıxış edib. O, təklif edib ki, hökumət partlayıcıların aşkar edilməsi ücün xaricdən xüsusi qurğular alsın. O, xütbənin sonunda qeyd edib ki, İŞİD tərəfindən işğal edilmiş İraq torpaqları tezliklə azad edilərək, köçkünlərə verilməlidir.
Source : Islamazeri
Comment