0
Sunday 26 December 2010 - 02:14

NATO hansı müvəffəqiyyətdən danışır?

Story Code : 48042
NATO hansı müvəffəqiyyətdən danışır?
NATO hansı müvəffəqiyyətdən danışır?
Şimali Atlantika Təhlükəsizlik Təşkilatı (NATO) sona çatan 2010-cu ili uğurlu qiymətləndirir, baxmayaraq ki, əvvəlki il ilə müqayisədə təşkilatın Əfqanıstandakı canlı itkiləri artıb. APA-nın məlumatına görə, bu fikri NATO-nun Əfqanıstandakı beynəlxalq təhlükəsizlik qüvvələrinin mətbuat katibi general Cozef Blots səsləndirib.
C. Blotsun sözlərinə görə, 2010-cu il ərzində NATO-nun Əfqanıstandakı canlı itkiləri 200 nəfər və ya 40% artaraq 700-ü keçib. Bununla yanaşı, Əfqanıstan ordusunun sıralarında da itkilər artıb.
Bir qədər önə, Əfqanıstan Müdafiə Nazirliyi rəsmi olaraq 2010-cu ildə öz canlı itkilərinin əvvəlki ilə nisbətən 34% artaraq 800-ü üstələdiyini açıqlayıb.
Comment