0
Monday 10 January 2011 - 23:45

Azərbaycanlı tələbələrin Bəyanatı

Story Code : 49983
Azərbaycanlı tələbələrin Bəyanatı
Azərbaycanlı tələbələrin Bəyanatı
"IslamTimes"-in İrandakı müxbirinin verdiyi xəbərə əsasən, azərbaycanlı tələbələr hicab böhranı ilə bağlı yeni bəyanat verib

BƏYANAT
Seriyalı həbslər, o cümlədən İslam partiyasının sədri Hacı Mövsum Səmədovun həbsi və ona qarşı uydurma terrorçuluq və təxribat ittihamlarının irəli sürülməsi əslində ümdə insan haqlarının, söz azadlığının, bir sözlə konstutusion hüquqların pozulmasıdır.
Hacı Mövsüm Səmədovun Azərbaycan hakimiyyətinin ünvanına səsləndirdiyi tənqidi fikirlər hamıya bəllidir. Hacı Mövsüm son dəfə İslam Partiyasının Məclisində hakimiyyətə qarşı tənqidi çıxış edib. Onun çıxışı internetdə yayılıb. Məhz bundan bir neçə gün sonra Hacı Mövsüm Səmədov həbs edilib. Əvvəlcə qeyri-müəyyən ittihamlar səsləndirən hüquq-mühafizə orqanları nəhayət ağır və çirkin ittihamlara əl atıb və nüfuzlu bir rühani terrora hazırlıqda ittiham edilib. Açıq-aydın görünür ki, İslam Partiyasının sədri azad fikir bildirmək hüququndan istifadə etdiyi üçün hakimiyyətin qəzəbinə düçar olub, onun ağır ittihamlarla məsuliyyətə cəlb olunmasına qərar verilib.
Biz tələbələr hesab edirik ki, Azərbaycanda İslam partiyası və dini-ictimai təşkilat fəallarının, həmçinin Milli Mənəvi Dəyərlər ictimai birliyinin sədri Hacı Mehdi Məmmədov və nüfuzlu ruhani, Quran hafizi Hacı Zülfüqarın, eyni zamanda Hacı Azər Cəbiyev və Məşədi Elçin kimi digər ruhanilərin həbsi ölkədə məmur özbaşınalığının və diktaturanın bariz nümunəsidir.
Ümumiyyətlə, Azərbaycan Respublikasında vətəndaşlar söz azadlığı hüququndan məhrumdurlar. Bu hüquqdan istifadə edənləri ağır cəza gözləyir.
Biz öncə Azərbaycan Respublikasının vətəndaşı olaraq ölkədə baş almış repressiyalara son qoyulmasını və həbsə alınmış dindarların, cəmiyyətin səadəti yolunda canından keçməyə hazır olan insanların azadlığa çıxmasını tələb edirik.


Əl-Mustafa Beynəlxalq Universitetinin azərbaycanlı tələbələri
Related Stories
Comment