Cənab Rəhbər Ayətullah Xameneinin dəftərxana rəisi höccətülislam vəlmüslimin Məhəmməd Məhəmmədi Gülpayeqani Buşehrdə 22 Bəhmən aksiyalarına qatılıb. (hawzah.net) Aksiyada çıxış edən alim buyurub: Ali-Səud (Səudiyyə Ərəbistanı başçıları) iki hərəmin xidmətçisi yox, oğrusudur... İslam Şura Məclisi və Xibrə Məclisinə elə insanları seçin ki, məmləkətə zərər vurmasınlar... Bu torpağın ən üstün və pak övladları olan şəhidlər kimi seçməli olduğumuz bizə deyir... İslam Şura Məclisi və Xibrə Məclisinin nümayəndələri millətə can yandırmalı, ölkənin ləyaqət və müstəqilliyini satmamalıdır... Qanunverici orqana, həssas qurumlara nüfuz etmək Amerikanın strategiyasıdır... 88-ci ildə bir ovuc adamın küçələrə çıxıb İmam Hüseynə (ə), İmam Xomeyniyə hörmətsizlik etməsi düşmən nüfuzunun nəticəsi idi... Amerika tarixi təcavüzkarlıq hadisələri ilə doludur. Yerli əhalinin qətliamı, quldarlığın genişləndirilməsi tarixə həkk olunub. Amerika ikinci dünya müharibəsində nüvə silahından istifadə edən ölkədir...