Minlərlə təbrizli ötən gün cümə namazından sonra küçələrə axışaraq Azərbaycan Respublikasında hicab qadağasına etiraz etdilər. Arannews-un verdiyi xəbərə əsasən, Azərbaycanın repressiyalara məruz qalan müsəlman xalqının müdafiəsinə qalxmış təbrizlilər nümyişin sonunda qətnamə oxudular. Qətnamədə Misir inqilabına dəstək, Azərbaycan müsəlmanlarına himayə vəd edildi.