0
Tuesday 8 March 2011 - 06:40

Qəzzafi istefasının şərtlərini müzakirə etməyi təklif edib

Story Code : 58138
Qəzzafi istefasının şərtlərini müzakirə etməyi təklif edib
Qəzzafi istefasının şərtlərini müzakirə etməyi təklif edib
Bu barədə «Əl-Cəzirə» telekanalı müxalifət düşərgəsindəki mənbələrə istinadən məlumat verib.

Mənbələrin məlumatına görə, təklif qəbul edilməyib. Səbəb isə bu cür gedişin Qəzzafi üçün «şərəfli» olması və həlak olmuş liviyalıların təhqir olunması anlamına gəlməsidir. Qəzzafi gedişinin şərtləri kimi özü və ailəsi üçün təhlükəsizlik və məhkəməyə cəlb olunmamağı irəli sürübmüş.

Danışıqlar aparmaq üçün Qəzzafi Benqaziyə keçmiş hökumət başçısı Cadalla Əziz Təlhəni göndərib.
Comment