SalamNews-un Euronews-a istinadən verdiyi xəbərə görə,Zaviye və Misuratadakı qanlı döyüşlər hələdə davam edir. Bundan başqa Bin Cavad şəhərində baş verən silahlı münaqişə nəticəsində 7 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Bununla yanaşı Liviya hərbi hava qüvvələrinə məxsus təyyarələr Ras Lanuf şəhərini bombalyıb. Hökmət tərəfdarları ilə müxalifət arasında daha bir şiddətli döyüş Qəddafinin doğma şəhəri Sitredə gedir. Qəddafi ordusu ötən gündən bu şəhəri müxalifətçilərdən azad eləməyə çalışır.