0
Monday 14 March 2011 - 07:19

ABŞ "terror" bəhanəsi ilə Pakistanı bombalayır

Story Code : 59380
ABŞ "terror" bəhanəsi ilə Pakistanı bombalayır
ABŞ "terror" bəhanəsi ilə Pakistanı bombalayır
"IslamTimes" "Samaa.TV"-yə istinadən xəbər verir ki, ABŞ-ın raket zərbələri endirməsi nəticəsində 6 nəfər həlak olubdur. ABŞ ölənlərin döyüşçülər olduğu təxmin etdiyini bildirib. Onlar uzun müddətdir ki, Pakistanın müxtəlif məntəqələrinə hava zərbələri endirərək, terrorçuları məhv etmək bəhanəsi ilə adi insanları qətlə yetirir. Elə son hücumda da günahsız şəxs və ya terrorçu olduğu bilinməyən ən azı 6 nəfər qətlə yetirilib. 

Amerikaya məxsus poilotsuz təyyarələr Vəziristan əyalətinin bəzi məntəqələrini hədəfə alıblar. İlk hücum Xai Sur məntəqəsini bonbalamaqla başlayıb. İkinci hücum isə 15 dəqiqə sonra baş verib. Uyğun məsələ ilə əlaqədar Pakistan rəsmiləri də bir neçə dəfə ABŞ-a xəbərdarlıq edibdir.

Görünür ABŞ İraq və Əfqanıstandakı bataqlıqdan canını qurtara bilmədiyini görərək Pakistanı da özü ilə batırmaq niyyətindədir
Comment