0
Wednesday 10 May 2017 - 14:14

Yəmən Ordusundan Səudiyyəyə qarşı silsilə cavab əməliyyatları

Story Code : 635432
Yəmən Ordusundan Səudiyyəyə qarşı silsilə cavab əməliyyatları
İslamazeri.com "Tasnim"ə istinadən xəbər verir ki, Yəmən Müdafiə Nazirliyi Yəmən ordusu və Xalq Qüvvələrinin davam edən cavab əməliyyatlarında Səudiyyə əsgərlərinin əs-Sahan və Haşbandakı iki toplanma mərkəzinin hədəfə alındığını açıqlayıb.

Yəmən ordusu və Xalq Qüvvələrinin Yəmənin istefa vermiş Prezidenti Əbd Rəbbu Mənsur Hadi qüvvələrinin Haribi-Nihəm və Haribi-Qaramış istiqamətlərindən Sənanın şimalında yerləşən Fatım dağındakı mövqelərə təşkil etdiyi hücumun ardınca çox sayda işğalçı qüvvə öldürülüb və yaralanıb.

Digər tərəfdən, Mənsur Hadi qüvvələrindən üç əsgər də Taizin şimal-qərbindəki Usyəfərə bölgəsində ordu və Xalq Qüvvələrinin mərmiləri nəticəsində öldürülüblər. Bu hadisələrlə eyni vaxtda işğalçı Səudiyyə Koalisiya döyüş təyyarələri Zubab bölgəsindəki əl-Amiri və Taiz əyalətinin cənub-qərbində yerləşən Məvzəidəki Xalid bin Vəlid Birliyini bombaladılar.

Çox sayda Səudiyyə əsgəri də Yəmən ordusu və Xalq Qüvvələrinin Cizandaki əl-Qarn Birliyinə qarşı keçirdiyi əməliyyatda öldürülüb. Bu hadisə ilə eyni vaxtda ordu və Xalq Qüvvələri topçu dəstələri də Səudiyyə silahlılarının Məcmə əl-Rubuə Toplanma Mərkəzini və Asirdəki Nəşəmə Birliyini məhv edib.

Buna qarşılıq olaraq işğalçı Səudiyyə koalisiya təyyarələri da Yəmənin qərbində yerləşən Harəz mahalındakı əl-Mazrak bölgəsini hədəf alıb.

Səudiyyə Ərəbistanı bəzi bölgə Ərəb ölkələrinin Koalisiyası ilə birlikdə Yəmənin istefa edən Prezidenti Əbd Rabbu Mənsur Hadini yenidən hakimiyyətə gətirmək üçün 26 mart 2015 tarixindən etibarən Yəmənə qarşı təcavüz başlatmışdır və bu hücumlarda minlərlə günahsız yəmənli öldürülmüş və milyonlarla yəmənli də qaçqın vəziyyətinə düşmüşdür.
Source : İslamazeri
Comment