0
Thursday 1 June 2017 - 00:39

Bu ölkədə İslam dini sürətlə yayılmaqdadır

Story Code : 642303
Bu ölkədə İslam dini sürətlə yayılmaqdadır
İslamazeri.com-un türk mediasına istinadən verdiyi xəbərə əsasən, Madaqaskar Respublikasında müsəlman əhalinin sayı artır.

Rəsmi statistikaya əsasən, əgər 2010-cu ildə müsəlmanlar ölkə əhalisinin cəmi 1,1 faizini təşkil edirdilərsə, hazırda (2017) bu göstərici 15 faizədək artıb.

Ölkənin 49 yaşlı sakini Jan-Jak Revena İslam dinini necə qəbul etməsi haqda danışıb.

Revenanın sözlərinə görə, 15 il öncə o xristian dininin mənsubu olub və müntəzəm şəkildə katolik kilsəsini ziyarət edərdi. Lakin buna baxmayaraq o digər dinlərə də maraq göstərirdi.

“İslam dini məndə böyük təsir qoydu və mən müsəlman oldum.”, - deyə o qeyd edib.

Jan-Jak bildirib ki, İslam dini vasitəsilə gözəlliyin mənəvi və sosial mənasını dərk edib.

“Quranı tədqiq edərək, mən müqəddəs kitabın bütün tələblərinə əməl etməyə başladım. Bu artıq mənim həyatımın bir hissəsidir.”

Onun sözlərinə görə, İslam dinini qəbul etməmişdən öncə günahkar həyat tərzi sürürdü.

“İslam mənim həyati mövqeyimi dəyişdi. Çünki İslam dünyanın ən sülhsevər dinidir.”, - deyə o sonda qeyd edib.
Source : İslamazeri
Comment