Liviya rəhbəri Müəmmar Qəddafiyə sadiq olan qoşunlar Əcdabiyə şəhərinə daxil olub.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı yayan Qətərin Əl-Cəzirə telekanalı bildirib ki, Qəddafi qoşunları şəhərin qərb hissəsini ələ keçiriblər. Üsyançılar şəhərin mərkəzi və şərq hissəsinə nəzarət edirlər.
Ordu Əcdabiyəni artilleriya atəşinə tutmaqda davam edir.