0
Tuesday 11 July 2017 - 23:49

NATO Rusiyaya hücuma hazırlaşır: Moskvada işğal PLANI AÇIQLANDI

Story Code : 652679
NATO Rusiyaya hücuma hazırlaşır: Moskvada işğal PLANI AÇIQLANDI
NATO ölkələri Rusiyaya qarşı hərbi təcavüzə genişmiqyaslı hazırlıq görür.
 
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Geosiyasi Problemlər Akademiyasının prezidenti, hərbi elmlər doktoru Konstantin Sivkov deyib.
 
“NATO genişmiqyaslı hərbi təcavüzə ciddi hazırlaşır”, - deyə ekspert “Rossiya seqodnya” (“Rusiya bu gün”) beynəlxalq informasiya agentliyinin multimedia mərkəzində keçirilən “Şimali-Atlantika İttifaqı: postsovet məkanında strategiya. Növbəti kimdir?” adlı dəyirmi masada bildirib.
 
O, qeyd edib ki, NATO ölkələri Rusiyanın qərb sərhədlərində əhəmiyyətli hərbi güclər toplayır. Ekspert xatırladıb ki, təlimlərin keçirilməsi zamanı NATO qoşunlarının bölmələri rusdilli şəhərlər və yaşayış məntəqələrin işğalı üzrə hərəkətləri yerinə yetirməyə başlayıblar.
 
“Təlimlər üçün Şərqi Avropa ölkələrindən rus dilini yaxşı bilən statistləri seçirdilər”, - ekspert vurğulayıb.
 
Sivkovun fikrincə, Rusiya ərazisinə NATO ölkələrinin genişmiqyaslı müdaxiləsinə hazırlığın başqa bir əlaməti ABŞ Müdafiə Nazirliyində yeddinci donanmanın maddi-texniki təminat sistemi üzrə əlavə məntəqənin nəzərdə tutulmasıdır. O, bu məntəqənin Sakit okeanın qərb hissəsində yerləşdiyini qeyd edib.
 
“Burada Rusiya limanları, həmçinin Vladivostok yerləşir. Görünür, NATO gəmiləri orada kiminləsə vuruşmaq üçün hazırlaşır. Bu, tamamilə aşkardır. Rusiyaya hərbi müdaxilə üçün ilkin şərtlər hazırlanır. Buna heç bir şübhə yoxdur”, - Sivkov yekunlaşdırıb.
Related Stories
Comment